Nərimanovda reyd keçirilib - FOTOLAR

Nərimanovda reyd keçirilib  -
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilmişdir.
15 avqust 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən növbəti reydlər zamanı marketlərdə, bazarlarda, apteklərdəvə digər ictimai-iaşə obyektlərində onların qarşıya qoyulmuş tələb ilə fəailəyyət göstərməsi yoxlanılmış,xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılmışvə pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur.Fəaliyyətinə icazə erilmiş obyektlərin girişlərində sakinlərin həraətinin yoxlanılması üçün avadanlıqlar və xüsusi dezinfaksiyaedici məhlulların mövcüd olması, işçi heyətinin tibbi maskadan istifadəsi yoxlanılmışdır. Online fəaliyyət göstərən kafe və restoranların yerində xidmət göstərməmələri və sanitar qaydalara riayət etmələri yoxlanılaraq müvafiq tövsiyələr və xəbərdarlıqlar edilmişdir. O cümlədən reydlər zamanı karantin rejimində fəaliyyət qaydalarını pozduqları üçün rayon ərazisində fəaliyyət göstərən “Yaşıl Bazar” 3.000 azn,”Merbi” geyim mağazası 200 azn, “Lady” gözəllik salonu 200 azn, fiziki şəxs R.Nurullayevaya məxsus geyim mağazası 200 azn və qanunsuz küçə ticarəti ilə məşğul olan bir neçə fiziki şəxs müvafiq orqanlar tərəfindən inzibati qaydada cərimələnmişdir.
Nərimanov rayonu ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını alınması məqsədilə dezinfeksiya işləri də davam etdirilir. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki parklar, dayanacaqlar, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin dezinfeksiyası işləri gücləndirilmiş rejimdə davam etdirilir.
Bütün bu işlərə paralel olaraq karantin rejiminin yumşaldılmasından sonra fəaliyyətinə icazə verilmiş sahələr tərəfindən qanunla qadağan olunan yerlərdə küçə ticarətinin aparılmaması məqsədilə müvafiq strukturların əməkdaşları ilə birgə profilaktik reydlər də davam etdirilir. Həmçinin reyd zamanı obyektlərin antisanitariya qaydalarına riayət etmələri də yoxlanılaraq nəzarətə götürülür. Şəhərin ümumi görkəmini pozan obyektlərə yol verdikləri nöqsanları tezliklə aradan qaldırmaq tapşırığı verilir və buna ciddi nəzarət edilir.
O cümlədən gündəlik olaraq koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş lakin evdə müalicə alan rayon sakinləri ilə mütəmadi rabitə əlaqəsi yaradılaraq yaşadıqları mənzili tərk etməmləri ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilir.
Mobil qruplar tərəfindən bundan sonra da fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdiriləcəkdir.

Nərimanovda reyd keçirilib  -
Nərimanovda reyd keçirilib  -
Nərimanovda reyd keçirilib  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...