"Yazı və redaktə işlərində Əli Həsənova kömək edirdim"

"Yazı və redaktə işlərində Əli Həsənova kömək edirdim"
Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun maliyyə vəziyyətinin pisləşdiyi barədə xəbərlər yayılıb.

Modern.az xəbər verir ki, bunu Əli Həsənova məxsus Beynəlxalq Mətbuat Mərkəzindəki (BMM) işindən ayrılan tərçüməçi Nadir Qocabəyli bildirib.

"Yenə işsizlik başladı. BMM-dəki redaktor işindən ayrılmalı oldum. Hörmətli Əli Həsənov məni müəyyən yazı, redaktə işlərində ona köməklik üçün dəvət etmişdi. Mən üzərimə düşən işi layiqincə və keyfiyyətlə yerinə yetirməyə çalışırdım. Ancaq koronovirus və Əli müəllimin səhhətində son vaxtlar yaranan problemlər işlərmizdə müəyyən fasilə yaratdı.

Əlbəttə, işləmədən məvacib almaq mənim üçün də xoş bir şey deyil və bir neçə aydır ki, iş axtarırdım. Son aylar Əli müəllimin mənə heç bir tapşırıq verməməsindən narahat idim, açığı. Bunu özünə də yazmışdım və cavab vermişdi ki, karantin qurtarsın, görüşüb ətraflı müzakirə edərik.

Dünən mənə maliyyə durumunun çox ağırlaşdığı səbəbindən bir çox layihələrin dayandırıldığı haqda məlumat verildi. Sağ olsunlar, iş tapana qədər mənə müəyyən yardım ediləcəyini də vəd etdilər. Əslində iş yerimdən də tam ayrılmamışam. Yəni iş otağım, kompüterim, açarlarım özümdədir və istədiyim vaxt gedib-gələ bilərəm. Ancaq iş olmayandan sonra bunun mənası yoxdur”.

Əli Həsənov hazırda Türkiyədə müalicədədir, o, sosial mediada verdiyi açılamasında on-on beş günə Azərbaycana qayıdacağanı bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...