8 qəsəbədə reyd keçirildi – Abşeronda virus əleyhinə təbliğat davam etdirilib

8 qəsəbədə reyd keçirildi –
Abşeron rayonu ərazisində ticarət, ictimai-iaşə, məişət və digər növ xidmət obyektlərində keçirilən reydlər əhalinin sağlamlığına xidmət edir.Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr Abşeron rayonunda da ardıcıl yerinə yetirilir.

Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə Mehdiabad,Digah, Məmmədli, Görədil, Fatmayı, Qobu, Hökməli və Güzdək kənd və qəsəbələrinin ərazisində fəaliyyətinə icazə verilmiş ticarət, ictimai-iaşə, məişət və digər növ xidmət obyektlərində növbəti dəfə reydlər keçirilib. Reydlər zamanı sahibkarlara, alıcılara və xidmətdən istifadə edən şəxslərə karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib. Satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.


8 qəsəbədə reyd keçirildi –
8 qəsəbədə reyd keçirildi –
8 qəsəbədə reyd keçirildi –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...