Neft yenə niyə ucuzlaşır? - Yeni böhran gözlənilir

Neft yenə niyə ucuzlaşır? -
Neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə olunur. Avqust ayında 1 bareli 45 dollara yaxınlaşan "Brent" markalı neft indi 42 dollardan ucuz təklif olunur.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, neftin qiymətindəki azalmalar daha çox ABŞ-da benzinə tələbin azalması və sözügedən ölkənin 22 ştatında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədardır.

"Digər tərəfdən, əksər beynəlxalq qurumlar da pandemiyanın ikinci dalğasının olacağını və hətta dünya iqtisadiyyatındakı itkilərin 35 trilyon dollaradək artacağı barədə açıqlamalar verirlər. Bu isə ondan xəbər verir ki, pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilər. Deməli, dünya iqtisadiyyatında son 2 ayda müşahidə olunan canlanma sadəcə böhran öncəsi nisbi sakitlik ola bilər", - deyə deputat vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...