Nizami Xudiyevin oğlu işdən çıxarıldı

Nizami Xudiyevin oğlu işdən çıxarıldı
Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.

Gundeminfo.az-ın xəbərinə görə, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.

Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.Unikal



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...