“Onu yolundan döndərə bilmədik” - Birlik sədri qaçırılan 17 yaşlı qız haqda

“Onu yolundan döndərə bilmədik” -


"Qız sığınacaqda olduğu müddətdə biz əlimizdən gələni etdik, amma onu yolundan döndərə bilmədik”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya” ictimai Birliyinin sədri Mehriban Zeynalova Bərdə rayonunda qaçırılan 17 yaşlı qızla bağlı danışarkən deyib. Sədr oğlan evinin qarşısında bəzi şərtlərin qoyulduğunu deyib:

"Psixoloqlarla birlikdə gün ərzində onunla iki dəfə müzakirə apardıq. Hətta bundan əvvəl oğlanın evli olduğunu da qıza bildirdik. Çox heyifsləndim, qız kor-koranə getdi. Əsas odur ki, burada qızın gözü açıldı, bəzi məsləhətlər verdik. Mənə söz verdi ki, dediklərimizə əməl edəcək. Biz oğlan evinin qarşısında bəzi şərtlərimiz qoyduq. Nigah müqaviləsi, evə qeydiyyat və qızın təhsilinin davam etdirməsi ilə bağlı müqavilə olacaq. Bu məsələlər həllini tapsa, razılaşacaqlar”.
Mehriban Zeynalova bildirib ki, 17 yaşlı qızın anası zəng edərək onu hədələyib:

"Anası da məni hədələyir. Ehtimal var ki, anası şikayət edəcək. Qız ata evinə qayıtmaq istəmədi. Deyir ki, "valideynlərim məni varlı adama vermək istəyir, amma mən satılmaq istəmirəm”. Valideynlər isə bunu təkzib edir, deyirlər ki, məqsədləri onun ali məktəbə daxil olmasıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı qızın 2 dəfə evlənib-boşanmış şəxs tərəfindən qaçırıldığı barədə məlumat yayılıb. Bildirilib ki, ailəsi qızın evə qayıtmasını istəyir, lakin onunla danışmağa belə imkan verilmir.

Məsələ ictimailəşəndən sonra qız "Təmiz dünya” ictimia birliyinin sığınacağına gətirilib. Hadisə ilə bağlı valideynlərin şikayətində müxtəlif fikirlər səsələndirilsə də, 10 gün reabilitasiya dövrü keçən gənc qız seçim etdiyi oğlanın evinə qayıtmaq qərarında israrlı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...