Tərtər İcra Hakimiyyəti yayılan yalanlarla bağlı Rəsmi açıqlama

Tərtər İcra Hakimiyyəti yayılan yalanlarla bağlı

Özünü blogger adlandıran 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərdə öz namizədliyini irəli sürən,digər namizədlərin təbliğat-təşviqat kampaniyasında təxribat törətməyə cəhd edən, seçkilər zamanı səs toplaya bilməyən Tərtər rayonunun Səhləbad kənd sakini Mahmudov Ziya Mehrac oğlu öz facebook səhifəsində əvvəlcədən bir qrup sakini öyrədərək sabitliyi pozmaq məqsədilə 17 sentyabr 2020-ci il tarixdə icra hakimiyyətinin inzibati binasının qarşısında canlı yayım açaraq aşağıda adları qeyd olunan Tərtər rayon sakinləri- rayonun Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızı, Şıxarx qəsəbəsində yeni salınmış şəhərcikdə bina 1, mənzil 16-da yaşayan Şahvələdov Qara Barat oğlu və onun qohumu Nəcəfov Vaqif Şəmil oğlu, Hüsənli kənd sakini Qarayeva Cəmalə İbrahim qızı və onun həyat yoldaşı Qarayev Taleh Vidadi oğlu, şəhərin Elman Səfərov küçəsi, bina 3, mənzil 54-də yaşayan Əliyeva Şura Məmməd qızı, Tərtər şəhəri, Teymur Rəhimov küçəsi, döngə 1, ev 1-də yaşayan Ağayev Slavik Allahyar oğlu və Tərtər rayonunun Bəyimsarov kənd sakini İsmayılova İlahə İslam qızının müraciətlərini verərək onların şikayətlərinə baxılmadığını, vətəndaşlaraköməklik göstərilməsini bildirmişdir.

Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızının çıxışı ilə bağlı bildiririk ki, ona Tərtər Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ilə Çaylı kəndi ərazisindən dövlət mülkiyyətində olan torpaq sahəsindən heyvandarlığın inkişafı ilə bağlı 215 hektar, kənd təsərrüfatı məhsullarını əkib-becərmək üçün 50 hektar olmaqla 265 hektar torpaq icarəyə verilmişdir. Lakin Nazdı Mehdiyeva onun icarəsinə verilmiş 215 hektar örüş sahəsindən və 50 hektar əkin sahəsindən təyinatı üzrə istifadə etməmiş, icarəyə götürdüyü torpaq sahəsini ayrı-ayrı vətəndaşlara icarəyə verərək gəlir mənbəyi kimi istifadə etmiş, ancaq dövlət rüsumunu ödəməmişdir.

İcarəyə verilmiş torpağı təyinatı üzrə istifadə etməyərək, ayrı-ayrı vətəndaşlara icarəyə verdiyini və rayon sakinlərinin örüş-otlaq sahəsinə olan ehtiyaclarını nəzərə alaraq 30 iyun 2016-cı il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 69 saylı sərəncamı ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ləğv edilmişdir.

Mehdiyeva Nazdı Qəmbər qızı dəfələrlə rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli əmri ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi haqqında qərarın III bölməsinin 13 maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan yay, qış, otlaq sahələri hüquqi və fiziki şəxslərə qısa müddətə, bir qayda olaraq 10 ildən 15 ilədək verildiyi və 14-cü maddədə davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamı ilə xitam verildiyi vətəndaşa izah olunmuşdur.

Məlumat üçün bildiririk ki, 2019-cu il tarixində Hacıqərvənd kənd İƏD nümayəndəliyinin 4 nömrəli Təsərrüfatbaşına uçot kitabında 15-ci səhifədə Mehdiyeva Nazdı Qəmbər qızının adına heç bir iri və xırda buynuzlu heyvan yoxdur.

2020-ci ilin Təsərrüfatbaşına uçot kitabında isə Mehdiyeva Nazdı Qəmbər qızının adına 104 baş xırdabuynuzlu heyvan vardır.

Əlavə olaraq bildiririk ki, Çaylı kəndi təmas xəttinə yaxın yerləşir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsinin rəhbərliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubda düşmənlə təmas xəttinə yaxın ərazilərdə, müdafiə zolaqlarında, mövqelərdə döyüş, komendant xidmətinin təşkili və aparılmasına maneəçilik törədən mülki vətəndaşlara məxsus otlaq, əkin sahələri yerli İcra hakimiyyəti nümayəndəliyi və bələdiyyə tərəfindən müvəqqəti istifadəyə verilmiş yaylaqlar, fermalar, iaşə və məişət obyektlərinin fəaliyyətinin dayandırılması və bağlanılması, eləcə də hərbi hissə şəhərciklərinə və nəzarət buraxılış məntəqələrinə yaxın yerlərdə (giriş və çıxışlarda) taksi kimi fəaliyyət göstərən mülki şəxslərin uzaqlaşdırılması üçün birləşmə və hərbi hissə komandanlıqlarına köməklik göstərilməsi xahiş edilmişdir. Mehdiyeva Nazdı Qəmbər qızının istifadəsində olan torpaq sahəsi də həmin kateqoriyadandır.

Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızı dəfələrlə rayon icra hakimiyyəti başçısı, onun müavinləri, Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş, ona müraciəti ilə bağlı qanunamüvafiq izahat verilmişdir.

Mehdiyeva Nazdı Qəmbər qızının israrlı müraciətini nəzərə alaraq ona Çaylı kəndi ərazisindən heyvandarlğın inkişafı üçün 90 hektar icarəyə torpaq verilməsi üçün sənədlərin hazırlanmasına başlanılmış, lakin onun adına Təsərrüfatbaşına uçot kitabında olan heyvanların sayı ilə ona ayrılacaq torpaq sahəsinin arasında uyğunsuzluq var. Belə ki, Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına uçot kitabında Mehdiyeva Nazdı Qəmbər qızının adına cəmi 104 baş xırdabuynuzlu heyvan olduğu üçün ona heyvandarlığın inkişafı üçün 26 hektar torpaq icarəyə verilə bilər. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı tərəfindən ona ətraflı izahat verilmişdir.

Şahvələdov Qara Barat oğlu və onun qohumu Nəcəfov Vaqif Şəmil oğlunun çıxışları ilə bağlı bildiririk ki, Qara Şahvələdovun müxtəlif vaxtlarda respublikanın dövlət orqanları rəhbərlərinin ünvanlarına yazdığı eyni məzmunlu ərizələrinə Tərtər Rayon İcra Hakimiyyətində baxılmış və nəticəsi barədə özünə dəfələrlə məlumat verilmişdir.

Qara Şahvələdov və onun qohumu Vaqif Nəcəfova dəfələrlə izah edilmişdir ki, onların ailələri ilə yanaşı Çaylı kəndi ərazisində müvəqqəti məskunlaşan digər məcburi köçkünlər də yaşayış şəraitlərinin yaxşılaşdırılması məqsədilə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış qəsəbəyə köçürülmüşlər. Onun iddia etdiyi Çaylı kəndi təmas xəttinə yaxın yerləşdiyindən ailəsinin həmin kəndə köçürülməsi mümkün deyildir. Belə ki, Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə rəhbərliyinin 10 may 2017-ci il tarixli 1923 nömrəli, N saylı Hərbi Hissə rəhbərliyinin 10 may 2017-ci il tarixli 1669 nömrəli məktublarında düşmənlə təmas xəttinə yaxın ərazilərdə, müdafiə zolaqlarında, mövqelərdə döyüş, komendant xidmətinin təşkili və aparılmasına maneəçilik törədən mülki vətəndaşlara məxsus otlaq, əkin sahələri, yerli icra hakimiyyəti nümayəndəliyi və bələdiyyələr tərəfindən müvəqqəti olaraq istifadəyə verilmiş yaylaqlar, fermalar, iaşə və məişət obyektlərinin fəaliyyətinin dayandırılması və bağlanılması, eləcə də hərbi hissə şəhərciklərinə və nəzarət buraxılış məntəqələrinə yaxın yerlərdə (giriş və çıxışlarda) taksi kimi fəaliyyət göstərən mülki şəxslərin uzaqlaşdırılması üçün birləşmə və hərbi hissə komandanlıqlarına köməklik göstərilməsi xahiş edilmişdir.

Məktubda göstərilənləri nəzərə alaraq təmas xəttinə yaxın ərazilərdə yerləşən heyvandarlıqla məşğul olan bütün insanların, o cümlədən Şahvələdov Qara Barat oğlu və onun qohumu Nəcəfov Vaqif Şəmil oğlunun heyvanlarının təmas xəttinə yaxın ərazidən çıxarılması təmin edilmişdir.

Vətəndaş Şahvələdov Qara Barat oğlunun ailəsinə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış müasir tipli qəsəbədən bina 1, mənzil 16-da 3 otaqlı, oğlunun ailəsinə isə bina 3, mənzil 27-də 2 otaqlı, Nəcəfov Vaqif Şəmil oğluna bina 3, mənzil 33-də 2 otaqlı mənzil verilmişdir.

Əlavə olaraq bildiririk ki, Qara Şahvələdov 4 nəfər ailə üzvü ilə birgə yemək xərci müavinəti almaqla məcburi köçkünlər üçün nəzərdə tutulan imtiyazlardan istifadə etməklə rayonun Yuxarı Sarıcalı kəndində şəxsi evi, 1.75 hektar pay torpağı var. Həmin əkin sahələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaları hər il özü almışdır .Özü və oğlu təqaüd alır, digər oğlu isə Şuşa rayon Polis Şöbəsinin əməkdaşıdır.

Hüsənli kənd sakini Cəmalə Qarayeva və onun həyat yoldaşı Taleh Qarayevin çıxışı ilə bağlı bildiririk ki, onlar Rayon icra hakimiyyətinin başçısı tərəfindən dəfələrlə qəbul edilmiş, onların onların tələbi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri Elxan Əsədovla telefon əlaqəsi saxlanmış, o, 25 fevral 2020-ci il tarixdə əsən güclü küləyin fəsadlarının aradan qaldırılması üçün rayona tikinti materialları göndərilmədiyi bildirilmiş, materialların göndərilcəyi barədə məlumat vermişdir. Sonra Elxan Əsədov vətəndaş Cəmalə Qarayeva ilə də əlaqə saxlayaraq, onu bu barədə məlumatlandırmışdır. Lakin vətəndaş icra başçısının və işçilərin ünvanına təhqiramiz sözlər deyərək ərazini tərk etmişdir.

Onun bu hərəkəti aktlaşdırılmışdır (Akt əlavə olunur).

Vətəndaş Cəmalə Qarayevanın digər şikayəti də torpaq islahatından əvvəl Hüsənli kəndində götürdükləri həyətyanı torpaq sahəsi ilə bağlıdır.

Bildiririk ki, Mirbəşir (indiki Tərtər rayonu) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə 1993-cü ildə 13 nəfər Hüsənli kənd sakininə, o cümlədən, Cəmalə Qarayevanın anası Lətafət Məmmədovaya da həyətyanı torpaq sahəsi verilmişdir. Lakin Cəmalə Qarayevanın anası Lətafət Məmmədovanın adına verilən həmin torpaq sahəsində qaynama su çıxdığı üçün onlar həmin ərazini tərk edərək ata evinə köçmüşlər. 1998-ci ildə Aqrar İslahat Komissiyası tərəfindən aparılan islahat zamanı onlara verilən həyətyanı torpaq sahəsi pay torpaq sahəsi kimi Hacıyev Zülfiqar Məzlum oğluna verilmişdir.

Onu da bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə Regional şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, 1998-ci ildə aqrar islahat zamanı Hacıyev Zülfiqar Məzlum oğluna və ailə üzvlərinə JN-113 saylı dövlət aktında göstərilən 2.62 hektar mübahisəli pay torpaq sahəsi ölçülmüş və təsdiq olunmuşdur ki, həmin ərazi Zülfiqar Hacıyevin ailəsinə məxsusdur.

Qarayeva Cəmalə İbrahim qızının anası Məmmədova Lətafət Xasay qızı 2001-ci ildə ərazidə yerləşən məişət evini özəlləşdirmiş və onun 0,16 hektar həyətyanı sahəsini zəbt etmiş, hazırda da onun istifadəsindədir.
Rayon icra hakimiyyətinin başçısı Cəmalə Qarayevanın təhqir etməmişdir.

Əliyeva Şura Məmməd qızının çıxışı ilə bağlı bildiririk ki, Əliyeva Şura Məmməd qızı tamah niyyəti ilə özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə ələ keçirtmək məqsədilə 1990-cı ilin dekabr ayının 12-dən faktiki olaraq Tərtər şəhəri, İ.Allahverdiyev küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayan Bayramova Xuraman Məhər qızına Ağdərə rayonundan məcburi köçkün düşmüş şəxs kimi Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə yaşayış evi verilməsinə köməklik edəcəyini vəd verib aldatmaqla, 2018-ci ilin mart ayının 1-də ondan 5150 manat pulu alaraq qulluq mövqeyindən istifadə etməklə, X.Bayramovaya ziyan vuraraq dələduzluq etmişdir.Bundan əlavə Şura Əliyeva Xuraman Bayramovaya onun Ağdərə şəhər İƏD üzrə nümayəndəliyində daimi qeydiyyatda olması və onun adına Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində 1,8 h torpaq sahəsi olmasına dair 17 aprel 2018-ci il tarixdə 13 nömrəli saxta arayış vermişdir. ( Məhkəmə sənədlərindən)

Göründüyü kimi məcburi köçkünlər üçün tikilən binalarda mənzilləri satmağa Şura Əliyeva təşəbbüs göstərmiş, lakin alınmamışdır.

Tərtər Rayon Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nın 66.2 və 66.4 maddələrinə əsasən qismən toplanmaqla üzərində qəti olaraq 1 il 3 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə üzərində 5000 manat cərimə cəzası saxlanılmışdır və Tərtər Rayon İcra Hakimiyyəti başçısının 06 sentyabr 2019-cu il tarixli 128 nömrəli sərəncamı ilə Ağdərə şəhər İƏD üzrə nümayəndə vəzifəsində azad edilmişdir (Əsas: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tərtər Rayon İcra və Probasiya Şöbəsinin 131723/2019-66-2 iş nömrəli 05 sentyabr 2019-cu il məktubu).
Vətəndaş Şura Əliyeva ailə üzvləri ilə birgə 2015-ci ildə ƏƏSMF-u tərəfindən şəhid ailəsi kimi E.Səfərov 3 nömrəli binada, 54 nömrəli ev verilmişdir.Ancaq o həmin mənzildə yaşamamış, həmin mənzili kirayəyə vermişdir.

Şıxarxda məcburi köçkünlər üçün salınmış qəsəbədə 8 nömrəli binada qızı Paşayeva Nuranə Ədalət qızına 36 nömrəli mənzil, oğlu Paşayev Səməd Ədalət oğluna (mənzil 24) 2 otaqlı mənzil verilmişdir.Bundan sonra o qızı Nuranə ilə birlikdə onun 2 otaqlı mənzilində yaşamış, 2020-ci ilin mart ayının 10-da məqsədli şəkildə öz evinə daşınmış, ƏƏSMF-nun rayon şöbəsinə müraciət edərək, tənha, kimsəsiz kimi qeydiyyata götürülməsini istəmişdir.

Vətəndaş Şura Əliyeva 11 yanvar 2020-ci il tarixdə rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində endokrinoloi kabinetdə şəkərli diabet orta ağır gedişli dioqnozu ilə qeydiyyata götürülmüş, şəkərsalıcı dərman pereparatları ilə təmin olunmuşdur.

Şura Əliyeva şəhid ailəsi adından istifadə edərək, şantaj yolu ilə nə isə əldə etmək istədiyi üçün əsassız çəkilişlərdə çıxış edir.

Ağayev Slavik Allahyar oğlunun çıxışı ilə bağlı bldiririk ki, Çaylı kəndi təmas xəttində yerləşir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Tərtər Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 may 2017-ci il tarixli məktubda düşmənlə təmas xəttinə yaxın ərazilərdə, müdafiə zolaqlarında, mövqelərdə döyüş, komendant xidmətinin təşkili və aparılmasına maneəçilik törədən mülki vətəndaşlara məxsus otlaq, əkin sahələri, yerli icra hakimiyyəti nümayəndəliyi və bələdiyyələr tərəfindən müvəqqəti olaraq istifadəyə verilmiş yaylaqlar, fermalar, iaşə və məişət obyektlərinin fəaliyyətinin bağlanılaraq birləşmə və hərbi hissə komandanlığına köməklik göstərilməsi xahiş edilmişdir. Odur ki, Çaylı kəndində məskunlaşmış Şuşa və Laçın rayonlarından məcburi köçkün düşmüş ailələri Həsənqaya kəndində və Şıxarx qəsəbəsində evlə təmin olunmuşlar.

Vətəndaş Ağayev Slavik Allahyar oğlu Çaylı kəndində qeydiyyatda olsa da, 30 ildir ki, həmin kənddə yaşamır, o, Tərtər şəhəri, Teymur Rəhimov küçəsi, döngə 1, ev 1-də həyat yoldaşına məxsus evdə yaşayır.
Vətəndaş Slavik Ağayev dəfələrlə rayon icra hakimiyyətinin başçısı və müavinləri tərəfindən qəbul edilmiş, ona Çaylı kəndi ərazisində hal-hazıradək torpaq islahatı aparılmadığı, kəndin bütün torpaq sahələri dövlət mülkiyyətində saxlanıldığı və həmin torpaq sahələri müxtəlif vaxtlarda ayrı-ayrı hüquqi və fiziki şəxslərin istifadəsinə müqavilə ilə uzun müddətə verildiyi izah edilmişdir.

Ağayev Slavik Allahyar oğlu dəfələrlə, o cümlədən, 21 avqust 2020-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, ona Çaylı kəndində təmas xəttinə yaxın olmayan ərazidən 5 hektar torpaq sahəsi təklif edilmiş, lakin o, həmin torpaq sahəsindən imtina etmiş, Çaylı kəndində Müseyibov Elnur Şahmalı oğlunun icarəsində olan torpağın 6 hektarının alınıb ona verilməsini tələb etmişdir. Bu tələblə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə Ərazi Şöbəsinin nümayəndəsi Natiq Əliyədə də müraciət etmişdir. Vətəndaşa izah olunmuşdur ki, icarədə olan torpağın alınıb ona verilməsi qanunamüvafiq deyildir. O, isə tələbi yerinə yetirilənədək şikayətini davam etdirəcəyini bildirmişdir.

İsmayılova İlahə İslam qızının çıxışı ilə bağlı bildiririk ki, onun anası Mələk İsmayılovanın 18 avqust 2020-ci il tarixdə rayon icra hakimiyyətinə şifahi müraciəti ilə əlaqədar rayon İcra hakimiyyəti başçısı aparatının mütəxəssisləri yerli nümayəndələrlə birlikdə onun yaşayış evinə baxış keçirmişdir. Məlum olmuşdur ki, yaşayış evi keçən əsrin ortalarında çiy kərpic və mişar daşından inşa olunmuşdur, birmərtəbəlidir. Ev tikilərkən tikinti norma və qaydalarına düzgün əməl olunmadığından və istismar müddətini başa vurduğundan qəzalı vəziyyətə düşmüş, bünövrənin çökməsi nəticəsində 18 avqust 2020-ci il tarixdə evin yan divarlarından biri və dam örtüyünün bir hissəsi uçub dağılmışdır. Ərizəçinin nənəsi Mələk İsmayılova həmin evdə yaşayır, ruhi xəstə olmaqla imkansız ailədir, evini bərpa etdirməyə maddi imkanı yoxdur.

Odur ki, müvafiq köməklik göstərilməsi məqsədilə evin foto şəkilləri əlavə olunmaqla tərəfimizdən 24.08.2020-ci il tarixli 1114 nömrəli məktubla Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur.

Məlumat üçün onu da bildiririk ki, Ziya Mahmudovun icarəsinə Çaylı kəndi ərazisindən 15 hektar kənd təsərrüfatının məhsullarının istehsalı üçün torpaq verilmiş, özünüməşğulluq proqramı çərçivəsində ona iki baş inək, 400 kq yem verilmişdir.

Milli Məclisə seçkilər ərəfəsində Ziya Mahmudov daha da fəallaşdı, deputatlığa öz namizədliyini irəli sürmüş, Tərtərdə Milli Məclisə deputatlığa nazmizəd Sahib Alıyevə qarşı təxribat törətmiş, onun seçicilərlə ayrı-ayrı yaşayış məntəqələrində keçirilən görüşlərində Ziya Mahmudov orada qeyri-etik davranış nümayiş etdirərək insanları təxribata çəkmiş, Sahib Alıyevlə seçicilərin görüşündə gənc qıza “səni qaçırdıb özümə arvad eliyəcəm” deyərək onu təhqir etmişdir.

Özünü blogger adlandıran Ziya Mahmudov xüsusu karantin rejimi dövründə 27.03.2020-ci il və 16.05.2020-ci il tarixlərdə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə cərimə olunmuş, həmin cərimələri ödəməmişdir. 06.04.2020 –ci il tarixdə isə yenidən karantin qaydalarını pozduğuna görə barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilmiş və rayon məhkəməsinin qərarı ilə 100 manat cərimə olunmuşdur.

Göründüyü kimi Ziya Mahmudovun məqsədi rayonda görülən işlərə kölgə salmaq, sabitliyi pozmaq, insanlar arasında təxribat yaratmaqdır.

Tərtər Rayon İcra Hakimiyyəti

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...