Millət vəkilindən veteranlara böyük diqqət və qayğı FOTOLAR
78 saylı Lerik seçki dairəsindən millət vəkili İqbal Məmmədov deputat seçildiyi rayonda 1941-45-ci illərdə II Dünya Savaşında iştirak edən müharibə iştirakçıları ilə görüş keçirib. GUNDEMİNFO.AZ yazır ki, millət vəkili bu barədə təəssüratlarını da bölüşüb.
- Bəşəriyyət tarixinin ən acı, ən qəddar müharibələrindən biri kimi tarixə düşmüş, gənc nəslin yalnız kitablardan oxuduğu, filmlərdən izlədiyi 2-ci Dünya müharibəsinin iştirakçıları olan veteranlarla görüşümüz oldu. Sayıları artıq kifayət qədər az olan el ağsaqqallarımızın problemləri ilə maraqlandıq və hədiyyələrimizi təqdim etdik. Ölkəmiz, müharibə veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıya, onların sosial təminatının qarşılanmasına görə həmişə seçilmişdir. Ölkəmizdə hər il bu kimi tədbirlərin keçirilməsi, cənab Prezidentimizin göstərişi ilə hər il sosial müavinətlərin ayrılması veteranlarımıza göstərilən diqqətin təzahürüdür. Gənc nəslimizin yetişməsində, onlara hərbi vətənpərvərlik ruhunun aşılanmasında, milli-mənəvi ruhda tərbiyəsinin formalaşmasında bu kimi görüşlərin olduqca böyük əhəmiyyəti var. Əsil bayramı isə, böyük səbirsizlik və əminliklə gözlədiyimiz, erməni faşizminin üzərində qazanacağımız möhtəşəm qələbə zamanı qeyd edəcəyik.
1522 dəfə oxundu