Azərbaycan FHN Şuşa və Xankəndinə gedən yardımı müşayyət etdi

Azərbaycan FHN Şuşa və Xankəndinə gedən yardımı müşayyət etdi
Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın “Samur” sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

FHN-dən verilən məlumata görə, 22 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı “Samur” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...