İcra başçısının müavini koronavirusdan vəfat edib

İcra başçısının müavini koronavirusdan vəfat edib

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov koronavirusdan vəfat edib. Yenisabah.az xəbər verir ki, Q.İsmayılovun iki həftə əvvəl verdiyi test pozitiv çıxıb, o xəstəxanada müalicə alırdı.

49 yaşlı İsmayılov Qurban Soltanəli oğlu daha əvvəl Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı. 3 övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
427 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...