"Koronavirus vaksininə ayrılacaq vəsait ictimaiyyətə açıqlanacaq" - Ramin Bayramlı

"Koronavirus vaksininə ayrılacaq vəsait ictimaiyyətə açıqlanacaq" -
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirus vaksininin alınması üçün nə qədər vəsait ayrılacağı məsələsini şərh edib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, vaksin alınan zaman büdcədən nə qədər vəsait ayrılacağı şəffaf şəkildə ictimaiyyətə açıqlanacaq: “Necə ki, biz Koronavirusla Mübarizə Fondunun toplantısını keçirib orada vəsaiti açıqlamışdıq, bu məsələdə hər şey şəffaf olaraq açıqlanacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...