Sərbəst güləş millimiz Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

Sərbəst güləş millimiz Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi -

Bu gün Dünya Güləş Birliyinin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev və sərbəst güləş yığmamız Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

AGF-nin rəhbəri və millimizin üzvləri Serbiyanın paytaxtı Belqradın mərkəzi parkı “Taşmaydan”da yerləşən Azərbaycan Respublikasının mərhum prezidentinin heykəli önünə əklillər qoyaraq, xatirəsini yad ediblər.

Xatırladaq ki, bu abidə 2011-ci ildə həmin parkda salınıb.

Qeyd edək ki, Fərdi Dünya Kubokunda sərbəst güləş üzrə mübarizəyə sabah start veriləcək. Dekabrın 18-dək davam edəcək yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (-57 kq), Əhmədnəbi Qvarzatilov (-61 kq), Hacı Əliyev (-65 kq), Qitinoməhəmməd Hacıyev (-70 kq), Rəşad Yusifli (-79 kq), Abubakr Abakarov (-86 kq), Hacımurad Məhəmmədsəidov (-92 kq), Şamil Zubairov (-97 kq) və Camaləddin Məhəmmədov (-125 kq) təmsil edəcək. Bu gün püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...