“42 gündür komada olan Natiq Şuşanı görmədən ölməməlidir”

“42 gündür komada olan Natiq Şuşanı görmədən ölməməlidir”
“Zaqataladan olan qazi döyüşçü Natiq Mahmudov 42 gündür ki, komadadır. O, Şuşa uğrunda və əksər döyüşlərdə iştirak edib. Hökumətdən xahiş edirəm ki, onun həyata qayıtması üçün hər şey edilsin”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Elşən Musayev parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib.

O qeyd edib ki, qazi hazırda həyatda qalmaq uğrunda mübarizə aparır: “O 3 dəfə əməliyyat olunub. Mən hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələn hər şeyi etsinlər. Ən azından bütün cəhdləri sınamaq lazımdır. Ola bilər ki, xəstəxanası dəyişdirilsin, ya da mümkün olarsa xaricə aparılsın. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...