Xırdalanda 2 küçə asfaltlandı, daha 2 küçə bayramdan sonra salınacaq

Xırdalanda 2 küçə asfaltlandı,



Xırdalan şəhərində küçələrə asfalt örtüyü çəkilir. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı və Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə şəhərin M.Ə.Rəsulzadə və Qəşəm Aslanov küçələri əsaslı şəkildə yenidən qurulub. Bu barədə Abşeron RİH-nin sözçüsü Seymur Qasımov məlumart verib. O, bildirib ki, M.Ə.Rəsulzadə küçəsinin uzunluğu 1120 m, eni isə ortalama 14 m təşkil edir. Bu küçədə asfaltlanma işləri 24 min kv.m sahəni əhatə edib.Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 1400 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb. Bundan başqa yenidənqurma işlərinə uyğun olaraqküçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib, hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri həyata keçirilib.
Qeyd edək ki, şəhərin Qəşəm Aslanov küçəsində hərəkət axınını fasiləsiz təmin etmək məqsədi ilə küçə enləndirilib, piyada səkiləri yenidən qurulub. Kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib. Küçəyə əsaslı şəkildə asfaltlanıb. Hazırda son tamamlama işləri həyata keçirilir.
Məlumat üçün onu da qeyd edək ki, bayramdan sonra Xırdalan şəhərinin daha iki küçəsində - Əvəz Şəfiyev və Rəşid Behbudov küçələrinin əsaslı şəkildə yenidən qurulmasına başlanılacaqdır.

Xırdalanda 2 küçə asfaltlandı,
Xırdalanda 2 küçə asfaltlandı,



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...