Ağdamda polislər şəhid ailələrinə baş çəkib

Ağdamda polislər şəhid ailələrinə baş çəkib
İkinci Qarabağ müharibəsində qəhrəmanlıq salnaməmizi yazan əsgər və zabitlərimiz Vətən müharibəsindən zəfərlə ayrıldılar. Onların sırasında şəhid olanlar, qazilər vardır. Vətən uğrunda özünü cəbhəyə atan bu igid hərbçilərimizin ailələri də 44 günlük hərbi əməliyyatlar dövründə övladları qədər mətin iradə və fədakarlıq nümayş etdirdilər.

Polis və prokurorluq orqanlarının əməkdaşları respublikamızın şəhər və rayonlarında şəhid və qazi ailələrinə baş çəkir, onlara dərin ehtiramlarını bildirir, qayğıları ilə maraqlanırlar. Növbəti belə ziyarət Ağdam Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları tərəfindən gerçəkləşdirilib.
Ağdamda polislər şəhid ailələrinə baş çəkib

Görüşdə torpaqlarımızın azadlığı uğrunda döyüşüb şəhidlik zirvəsinə ucalan, qazi olan mərd oğullarımızla hər birimizin fəxr etdiyi diqqətə çatdırılıb. Qələbənin əldə edilməsi ilə şəhidlərimizin qanının yerdə qalmadığı xüsusi vurğulanıb, onların əziz xatirlərinin unudulmayacağına inam ifadə olunub. Qeyd olunub ki, hər bir şəhid, yaralanmış hərbçimizin ailəsi dövlətin himayəsindədir. Onların qayğıları bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Ağdam RPŞ-nin və rayon Prokurorluğunun əməkdaşları rayonda yaşayan şəhid ailələrinə və döyüşlərdə sağlamlıqlarını itirmiş hərbçilərin ailələrinə bayram sovqatları təqdim ediblər.

Ailə üzvləri göstərilən maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...