Qarabağ qazisi "YAŞAT" Fonduna rəhbər təyin edildi - FOTO

Qarabağ qazisi "YAŞAT" Fonduna rəhbər təyin edildi -
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) rəhbər təyin edilib.

Gundeminfo.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub.

Bundan başqa, Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...