“O da insandır, dağ deyil, daş deyil” - Tağı Əhmədovun xanımı danışdı

“O da insandır, dağ deyil, daş deyil”  -
Ayaqları tutulduğu üçün ötən gün xəstəxanaya yerrləşdirilən Bakı Metropoliteininin keçmiş rəisi Tağı Əhmədovdan xəbər var.

Bu haqda “Yeni Sabah”a onun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. T. Əhmədovun telefonuna etdiyimiz zəngə onun həyat yoldaşı cavab verib. Bildirib ki, keçmiş rəisin səhhətində müsbət irəliləyiş var və müalicə olunduqdan sonra evə buraxılıb:

“Həkimlərimiz sağ olsun, hər cür yardım etdilər. Hal-hazırda yeriyir”.

S. Əhmədova həyat yoldaşının səhhəti ilə bağlı xəbərin ictimailəşdirilməsinə də etirazını bildirib: “Tağı müəllim xəstədirsə, qoyun xəstəliyini yaşasın. Bunu niyə ictimailəşdirirlər? O da insandır, dağ deyil, daş deyil. Bu Azərbaycan xalqına yaraşan bir şeydirmi? Tağı Əhmədov da insandır, o da xəstələnə bilər. İndi yaxşıdır, şükürlər olsun. İcazə versinlər, insan bir az dincəlsin, özünə gəlsin. O da sıradan bir insandır...”

Xatırladaq ki, ötən gün Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb. Onun ayaqlarrı tutulduğundan Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilmişdi. T.Əhmədovun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...