Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTOLAR

Daha bir əsgərimizin şəhid xəbəri gəldi -
Vətən Müharibəsində itkin düşən əsgər Ağayev Əmirağa Mahir oğlunun şəhid olduğu müəyyənləşib.

Bu barədə "Qafqazinfo"ya şəhidimizin dayısı Aydın Aslanov məlumat verib.

Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib.

Şəhidimizin nəşi sabah doğulduğu Şabranın Surra kəndinə gətiriləcək.

Qeyd edək ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən Müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi. Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.

Allah rəhmət eləsin!


Daha bir əsgərimizin şəhid xəbəri gəldi -
Daha bir əsgərimizin şəhid xəbəri gəldi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
404 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...