"COVID-19 əleyhinə peyvəndləmə hər kəs üçün lazımdır" - Pənah Hüseyn

"COVID-19 əleyhinə peyvəndləmə hər kəs üçün lazımdır" -

“Mən hesab edirəm ki, COVID-19 əleyhinə peyvəndləmə hər kəs üçün lazımdır”.

Bunu APA-ya açıqlamasında bu gün koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

O bildirib ki, rəhbərlik etdiyi partiyanın üzvləri də bu gün virus əleyhinə vaksinasiyaya cəlb edilib: “Vaksinasiya prosesində könüllülük prinsipinin tərəfdarıyam. Mən özüm də qərara gəldim ki, peyvəndləmə prosesinə qoşulum. Bütün hallarda peyvəndləməni müsbət bir hal hesab edirəm".

Milli Həmrəylik partiyasının sədri Əlisahib Hüseynov də APA-ya açıqlamasında deyib ki, peyvənd edilmək sağlamlıq deməkdir: "Tövsiyə edərdim ki, hər kəs bu prosesə qoşulsun. Ümid edirəm, hər kəs könüllü olaraq bu prosesə qoşulacaq və Azərbaycan xalqı bu bəladan qurtaracaq. Mənimlə birgə rəhbərlik etdiyim partiyanın nümayəndələri də bu gün peyvənd edilir. Bir neçə dəqiqə əvvəl peyvənd olundum, özümü çox yaxşı hiss edirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...