Biləsuvar gömrük postunda şok olay: İrandan gələn şəxs inspektora hücum çəkdi — Təfərrüat

Biləsuvar gömrük postunda şok olay:

Dövlət Gömrük Komitəsinin əməkdaşına müqavimət göstərməkdə ittiham olunan Biləsuvar rayon sakini, 19994-cü il təvəllüdlü Fəlatun Bəşirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fəlatun Bəşirli hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərib.

Belə ki, Fəlatun Bəşirli 22 yanvar 2020-ci il tarixdə, saat 15.30-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun sərnişin idxal piyada keçid xətti vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən yüklərini səliqəsiz formada xidməti zonanın yoxlama masasının üzərinə atmağa başlayıb.

Həmin vaxt xidməti zonanın yoxlama masasının arxasında xidmətdə olan Cənub Ərazi Baş Gömrük idarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin böyük inspektoru gömrük xidməti mayoru Setran Səlimov Fəlatun Bəşirliyə yüklərini səliqəli formada xidməti zonanın yoxlama masasının üzərinə qoymasını tələb edib, qanunvericiliyin göstərişlərini izah etsə də, Fəlatun Bəşirli bu tələbləri qəsdən yerinə yetirməyib.

Bunun ardınca Seyran Səlimov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 2 noyabr 2018-ci il tarixli 1800/007 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsi haqqında” Əsasnamənin 5.10.1 (gömrük nəzarətini qanunvericiliklə müəyyən olunmuş qaydada aparır), 5.10.2 (texniki nəzarət vasitələrindən istifadə edərək gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirir), 5.10.3 (texniki nəzarət vasitələrindən istifadə etməklə gömrük sərhədindən keçirilən mallar, nəqliyyat vasitələri və onları keçirən şəxslər üzərində gömrük nəzarətini həyata keçirir) və 5.10.6-cı (gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görür) maddələrinə uyğun olaraq Fəlatun Bəşirlidən yüklərini səliqəli formada yenidən xidməti zonanın yoxlama masasının, üzərinə qoymasını tələb edib.

Fəlatun Bəşirli hakimiyyət nümayəndəsi hesab edilən Seyran Səlimovun xidməti vəzifələrini icra etməsi iləəlaqədar normativ sənədlərə müvafiq surətdə irəli sürdüyü qanuni tələblərə məhəl qoymayıb, ona yumruqla bir dəfə vurub.

İstintaq orqanı tərəfindən Fəlatun Bəşirlinin barəsində Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham elan edilib.

Biləsuvar rayon Məhkəməsinin hökmü ilə Fəlatun Bəşirli 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fəlatun Bəşirli apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Fəlatun Bəşirlinin şikayəti təmin olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...