Məscidlərdə Heydər Əliyevin ruhuna dualar oxunacaq

Məscidlərdə Heydər Əliyevin ruhuna dualar oxunacaq

Azərbaycan məscidlərində ümumilli lider Heydər Əliyevin ruhuna dualar oxunacaq

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda bildirib.

A.Paşazadə Azərbaycan məscidlərində 8 may tarixində cümə namazı xütbələrində ulu öndərin xatirəsinin yad olunduğu barədə məlumat verib.

QMİ sədri qeyd edib ki, bundan əlavə, 9 və 10 may tarixlərində də məscidlərdə oxunan moizələrdə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri yad olunacaq, ruhuna dualar oxunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...