Azərbaycanlı keçmiş deputat 20 inək oğurlayıb - VİDEO

Azərbaycanlı keçmiş deputat 20 inək oğurlayıb -

Rusiyanın Volqoqrad vilayəti Dumasının keçmiş deputatı Həsən Nəbiyev Stepnoy kənd sakinlərinin inəklərini oğurlayıb.

Lent.az-ın məlumatına görə, bu barədə kənd sakinləri yerli KİV-ə bildiriblər.

Onların dediyinə görə, keçmiş deputat və adamları kəndə gələrək onların mal-qarasını zorla örüşdən aparıblar. Hazırda oğurlanan mal-qara Nəbiyevin fermasındadır.
Azərbaycanlı keçmiş deputat 20 inək oğurlayıb -

Ümumilikdə, Nəbiyev 22 baş inəyi aparıb. Sakinlərin dediyinə görə, həmin inəklərin hamısının sahibi təqaüdçü qadınlardı. İnəklər isə onların əsas dolanışıq yeri imiş.

Lent.az-ın araşdırmasına görə, Həsən Nəbiyev 1954-cü ildə Gədəbəy rayonunun Zəhmət kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Daha sonra təhsilini Rusiyada davam etdirib. 1976-cı ildə Volqoqrada gəlib. Vilayətdə müxtəlif vəzifələrdə çalışıb. Ən uğurlu karyerası isə 2004-2016-cı illərdə "QazpromtransqazVolqoqrad"a rəhbərlik etməsi olub. 2018-ci ildə Volqoqrad vilayət Dumasının deputatı seçilib. Bir il sonra yaşlı və təqaüdçüləri "avara və sərgərdanlar" adlandırdığı üçün Dumadan qovulub.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2240 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...