Biləsuvarda 12 Noyabr - Konstitusiya günü tədbiri - FOTOLAR

Biləsuvarda 12 Noyabr - Konstitusiya günü tədbiri -


12 noyabr 2015-ci il tarixdə Biləsuvar rayonunda 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.


Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik etdi, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışdı. M.Quliyev qeyd etdi ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müstəqillik illərinin ən mühüm nailiyyətlərindən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur.

Azərbaycan dövləti üçün çətin sınaq illərində məhz Ulu Öndər Heydər Əliyev ölkə vətəndaşlarını azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən geniş miqyaslı islahatların reallaşdırılmasına başladı.Ulu Öndərin Azərbaycanın hərtərəfli tərəqqisinə yönəlmiş müdrik dövlətçilik siyasətinin mühüm tərkib hissəsi kimi yeni Konstitusiyanın qəbul edilməsi ölkəmizin həyatında müstəsna əhəmiyətli hadisə olmuşdur.1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı məsələ gündəmə gəldi. Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyas təşkil edildi. Konstitusiya komissiyasının sədri Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən komissiyanın ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Birmənalı şəkildə demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən Ulu Öndərin müəllifi olduğu bu layihə 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar ki, bütün təbəqələri müzakirələrə cəlb edildi . Təkliflər nəzərə alınmaqla layihənin yekun variantı 1995-ci ilin noyabrın 12- də referendum yolu ilə qəbul edildi. Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin hakimiyyətlərin bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi. Təkcə bir faktı demək kifayətdir ki, Konstitusiyanın 158 maddəsindən 57-sində insan hüquq və azadlıqları təsbit edilirdi ki, bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu təsdiq edirdi. Bu Heydər Əliyev konstitusiyası idi ki, onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmışdı. İlk Konstitusiyamız, eyni zamanda xalqımızın dünyəvi, milli – mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi.

Zaman keçdikcə Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. 2002–ci ildə Azərbaycan Konstitusiyasında dəyişiliklər edilməsinə yaranan ehtiyac da məhz bütün sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin il ilk dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai–siyasi həyatında fundamental dəyişikliklər–iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi və digər yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009-cu il martın 18-də Əsas Qanundakı əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Prezident İlham Əliyevin demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bir daha təsdiq etdi.
Dövlətimizin Əsas Qanunu olan Konstitusiyamıza dönmədən əməl olunması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün real zəmin yaradır. Məhz cənab Prezidentin konstitusiyamızda öz əksini tapmış müdəalara uyğun olaraq verdiyi qərarlar, yürütdüyü daxili və xarici siyasət, etdiyi çıxışlar və atdığı addımlar bunu deməyə əsas verir. Təkcə cari il ərzində dövlətimizin və xalqımızın inkişafı, xüsusilə də ölkəmizdə mülkiyyət münasibətlərinin tənzimlənməsi və bunula əlaqədar sahibkarlıq subyetlərinin sərbəst və maneəsiz fəaliyyətinin təmin olunması istiqamətində cənab Prezidentin imzaladığı fərman və sərəncamlar bunun bariz nümunələridir. Belə ki, uzun illər ölkə iqdisadiyatının aparıcı qüvvəsi olan sahibkarlıq sübyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxilələrin, onların fəaliyyətinin bu və ya digər bəhanələrlə ləngidilməsinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara süni maneələrin yaradılıması ilə bağlı əməllərin ifşa olunması kimi tarixi addımlar Azərbaycan dövlətinin və onun liderinin dövlətimizin konstitusion əsaslarına olan mütərəqqi münasibətindən xəbər verir. Artıq hər bir vətəndaşımızın öz sahibkarlıq istəyini gerçəkləşdirilməsi üçün müvafiq prosedur qaydaların asanlaşdırılması, onlara aidiyyəti üzrə lisenziyaların verilməsi işinin sadələşdirilməsi, hələ uzun illər əvvəl-Sovetlər ittifaqı zamanı ölkə vətəndaşlarına verilmiş torpaq üzərində mülkiyyət münasibətləri ilə bağlı sənədlərin rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi cənab Prezident tərəfindən ölkəmizin gələcək inkişafına hesablanmış tarixi addımlardır.

Tədbirdə M.Quliyev qeyd etdi ki, bu gün əhalisinin sayı 100 min nəfərə çatmaqda olan Biləsuvar rayonunun sakinləri də Konstitusiyamızın 20-ci ildönümünü sonsuz sevinc və iftixar hissi ilə qeyd edirlər. Konstitusiyamızın bizə verdiyi hüquqlardan istifadə edən hər bir biləsuvarlı bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirir, ölkəmizdə, o cümlədən rayonumuzda geniş miqyas almış abadlıq, quruculuq işlərində yaxından iştirak edirlər. Günbəgün inkişaf və tərəqqi edən Biləsuvar rayonunun sakinləri ölkə prezidenti İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğıdan ruhlanaraq vətənimizin qüdrətlənməsinə öz töhvələrini verirlər.

Sözsüz ki, həyat və zaman dəyişdikcə gələcəkdə də dövlətin hüquqi sistemində, onun Konstitusiyasında təkmilləşmə, islahatlar yenə zəruri olacaqdır. Amma əsas olanı odur ki, bu dəyişikliklər nəticə etibarilə ilə dövlətimizin güclənməsinə, ölkə vətəndaşlarının hüquqlarının, şəxsi rifahının daha möhkəm təminatına səbəb olacaqdır. Ən böyük diləyimiz isə, təbii ki, Əsas Qanunumuzun təməl müddəalarının ölkəmizin bütün ərazisində bərqərar olması, Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş «Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir» prinsipinin gerçəkdə öz əksini tapmasıdır.

Əminik ki, dövlət müstəqilliyimizin qarantı olan respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə ərazi bütövlüyümüz təmin ediləcək və Konstitusiyamızda öz əksini tapmış bu müddəa bir daha öz təsdiqini tapacaqdır.

Tədbirdə Biləsuvar rayon Prokuroru Qabil Əliyev, Dəvrişli kənd icra nümayəndəsi Sakit Şərbətov,Milli Qəhraman Mübariz İbrahimov adına Biləsuvar Liseyinin tarix müəllimi Müşfiq Dadaşov, liseyin şagirdi Nüranə Abdullayeva və rayon ağsaqqallarından Akif Kazımov çıxış edərək Konstitusiyamızın hüquqi sənəd kimi tarixi əhəmiyyətindən danışdılar. Sonda məktəblilərin hazırladıqları kompazisiya nümayiş olundu.


Biləsuvarda 12 Noyabr - Konstitusiya günü tədbiri -
Biləsuvarda 12 Noyabr - Konstitusiya günü tədbiri -
Biləsuvarda 12 Noyabr - Konstitusiya günü tədbiri -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1226 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...