Dövlət Agentliyi xəstəxanaların qabağındakı sıxlığa aydınlıq gətirdi

Dövlət Agentliyi xəstəxanaların qabağındakı sıxlığa aydınlıq gətirdi

"Hazırda “COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə elektron xidməti”nin fəaliyyətində heç bir problem yoxdur".

Bunu Modern.az-ın vaksinasiya ilə bağlı tibb müəssisələri qarşısında yaranmış sıxlıqla bağlı sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildiriblər.

Qeyd olunub ki, vətəndaşlar peyvənd olunmaq üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir:

"Randevu sistemi hər bir tibb müəssisəsinin imkanlarını nəzərə alaraq növbə götürülməsini tənzimləyir. Vətəndaşlardan bir daha xahiş edirik ki, tibb müəssisələrində sıxlıq yaranmaması üçün “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə edərək vaksinasiya üçün onlayn növbə götürsünlər. Nəzərinizə çatdıraq ki, Bakı şəhəri üzrə vaksinasiyanı Səhiyyə Nazirliyi, digər şəhər və rayonlarda isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...