Nazirlikdən “Azərsu”ya çağırış

Nazirlikdən “Azərsu”ya çağırış

“Buzovna, Hövsan, Şıx çimərliklərinin kanalizasiya sularının birbaşa Xəzərə axıdılması ilə bağlı məlumatlıyıq. Bu faktlar tərəfimizdən aşkarlanıb və aidiyyəti orqanlar tərəfindən qurumlar qarşısında məsələ qaldırılıb”.

“Gundeminfo” xəbər verir ki, bu barədə ETSN-in Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib.

O qeyd edib ki, bunu təkcə ETSN üzərinə yıxmaq olmaz. Bəzi ərazilərdə, məsələn, Buzovna ərazisində mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbindən fərdi evlərin kanalizasiyası drenaj kanalına qoşularaq Xəzər dənizinə axıdılır və dənizin çirklənməsi baş verir.

“Çirkab suların idarə olunmasına cavabdeh qurum kimi “Azərsu” ASC bununla bağlı fikirləşməlidir. Biz dəfələrlə bu hallarla bağlı cavabdeh qurumlar qarşısında tələb qoymuşuq. Məlumdur ki, bu, maliyyə tələb edən məsələdir. Amma çalışıb bunu zamanla aradan qaldırmaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...