Rövnəq Abdullayev “Qazprom”un rəhbəri ilə işgüzar görüş keçirib - FOTOLAR

Rövnəq Abdullayev “Qazprom”un rəhbəri ilə işgüzar görüş keçirib -

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprom” neft-qaz şirkətinin idarə heyətinin sədri Aleksey Millerlə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkəti rəsmi məlumat yayıb.

Görüş dünən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub. Bildirilib ki, görüş işgüzar zəmində həyata keçirilib.
Rövnəq Abdullayev “Qazprom”un rəhbəri ilə işgüzar görüş keçirib -

Tərəflər qaz sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Qeyd edək ki, “Qazprom” qaz sənayesində qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə 2018-ci ildə Azərbaycanda öz nümayəndəliyini açıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...