Özünə od vuran kişini xilas edən POLİSLƏRİN ƏLLƏRİ YANDI

Özünə od vuran kişini xilas edən
İyunun 7-də saat 11 radələrində Tərtər rayonunun Bəyimsarov kənd sakini 59 yaşlı N.Qasımov rayon icra hakimiyyətinin qarşısında özünü benzinlə yandırmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o, 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq bu addımı atıb.

Polis əməkdaşları cəhdin qarşısı alarkən əl nahiyələrindən yüngül yanıq xəsarəti alıblar. Xəstəxanaya yerləşdirilən N.Qasımovun vəziyyəti qənaətbəxşdir.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...