Tərtərdə sel fəsadlara səbəb olub

Tərtərdə sel fəsadlara səbəb olub


İyunun 9-da saat 23:00-dan başlayaraq yağan güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər və Ağkənd kəndlərində fərdi təsərrüfatlara, yol infrakstrukturuna, biçilməmiş taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəymişdir.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən gecə saatlarından təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmış, hazırda bu sahədə tədbirlər davam etdirilir.

Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə gecə sel hadisəsi baş verən zaman Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.

Tərtərdə sel fəsadlara səbəb olub
Tərtərdə sel fəsadlara səbəb olub
Tərtərdə sel fəsadlara səbəb olub
Tərtərdə sel fəsadlara səbəb olub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...