İradə Gülməmmədova şəhid övladları ilə görüşdü

İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəhid övladları ilə görüşüb. RİH başçısı “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadullayeviç və şəhid Xəlilov Ruhin Müzəffər oğlunun evinə gedərək onların ailə üzvləri, eləcə də övladları ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb. Şəhid övladlarını sevindirən başçı Azərbaycanın gələcəyini – gül balaları qorumağın hamımızın borcu olduğunu qeyd edib. Ölkəmizdə uşaq hüquqlarının yüksək səviyyədə qorunduğunu qeyd edən RİH başçısı Abşeron rayonunda fidanlarımızın həm təhsil sahəsi üzrə, həm də asuda vaxtlarının keçirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.

Dövlət tərəfindən uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi istiqamətində bütün tədbirlərin görüldüyünü vurğulayan başçı deyib ki, şəhidlərimiz ona görə öz canlarından keçdilər ki, bütöv Azərbaycanda gələcəyimiz olan uşaqlarımız təhlükəsiz şəraitdə yaşayıb böyüsünlər.

Şəhid ailələri də Azərbaycanda onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək buna görə canab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...