Nəşi tapılan hərbçimiz sabah dəfn ediləcək

Nəşi tapılan hərbçimiz sabah dəfn ediləcək
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluquçusu Həsrətov Elməddin Sərdar oğlu sabah Goranboy rayonunda dəfn ediləcək.

“Report”un xəbərinə görə, şəhid iyunun 27-də rayonun Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 27-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

O, 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb. E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.

O, subay idi.

Allah rəhmət etsin!


Nəşi tapılan hərbçimiz sabah dəfn ediləcək
Nəşi tapılan hərbçimiz sabah dəfn ediləcək



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...