Ələt Azad İqtisadi Zonası Azərbaycana nə qazandıracaq? (ŞƏRH)

"Ələt İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə Azərbaycan iqtisadiyyatına investisiyanın cəlb edilməsi baxımından vacib bir layihədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Ələt Azad İqtisadi Zonasının Azərbaycana qazandıracağı gəlir və faydalarını şərh edərkən deyib. Deputatın sözlərinə görə, eyni zamanda Azərbaycan hökuməti tərəfindən Ələt İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılacaq:

"Ələt İqtisadi Zonasının əsas üstünlüyü ondan ibarətdir ki, burada iqtisadi zona ilə bağlı xüsusi qanun qəbul edilib. Ələt İqtisadi Zonası praktik olaraq beynəlxaq hüquqla tənzimlənir, hətta bu, hasilatın pay bölgüsünə uyğun bir statusun verilməsi deməkdir. Bu da sərmayənin cəlb edilməsi və xüsusən də aparıcı xarici şirkətlərin Ələt İqtisadi Zonasına investisiya qoyuluşunun təşviq edilməsi baxımından vacibdir. Eyni zamanda Azərbaycan hökuməti tərəfindən Ələt İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılacaq. İlkin infrastrukturun formalaşması da məhz xarici investisiyanın cəlbi baxımından vacibdir”.
Ələt Azad İqtisadi Zonası Azərbaycana nə qazandıracaq?

Deputat bildirib ki, Ələt İqtisadi Zonası xüsusən də qeyri-neft məhsullarının istehsalı baxımından yeni sərmayənin cəlb edilməsinə imkan verəcək:

"Bu, istehsal edilən məhsulların bir qisminin daxili, bir qisminin isə xarici bazara çıxarılmasını təmin edəcək. Eyni zamanda Ələt İqtisadi Zonası həm də Azərbaycan üçün texnoloji innovasiyanın cəlb edilməsi baxımından vacib hesab olunur və güman edilir ki, bu, yeni iş yerlərinin və xüsusən də ixtisaslı kadrların işlə təminatına müsbət təsir göstərəcək. Bütövlükdə Ələt İqtisadi Zonasının yerləşmə coğrafiyası elədir ki, həmin zonada istehsal edilən məhsulların ixrac baxımından böyük üstünlükləri var. Bu baxımdan zonada istehsal edilən məhsulların əhəmiyyətli hissəsinin də ixrac olunacağı və bununla da Azərbaycanın qeyri-neft ixracatının artacağı planlaşdırılır”.

Vüqar Bayramov qeyd edib ki, bu baxımdan Ələt İqtisadi Zonası qeyri-neft sektorunda istehsal edilən məhsulların həcminin artması və bütövlükdə qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq:

"Bu daxili bazara daha çox yerli istehsal edilən məhsulların çıxarılması Azərbaycanın qeyri-neft ixracatının artmasına imkan verəcək. Eyni zamanda bu, paytaxta yaxın ərazidir. Bu da ixtisaslı kadrların daha yüksək əmək haqqı ilə işlə təmin olunmasına imkan verəcək. Çünki burada artıq xarici sərmayənin cəlb edilməsi nəzərdə tutulduğundan və xüsusən də aparıcı şirkətlərin Ələt İqtisadi Zonasına investisiya qoyuluşunu həyata keçiriləcəyi proqnozlaşdırıldığından yeni yaradılan iş yerlərində əmək haqları və ixtisaslı kadrlar üçün daha yüksək əmək haqlarının təklif ediləcəyi gözlənilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...