Azərbaycanda avtomobil polisi vuraraq öldürdü

Azərbaycanda avtomobil polisi vuraraq öldürdü
Şabranda "Mercedes" markalı avtomobil polisi vuraraq öldürüb.

“Report” un Şimal bürosunun verdiyi məlumata görə, hadisə gecə saat 01:30 radələrində Şabran rayonunun Sincan- Boyat kəndi ərazisində, Bakı-Quba yolunun 124-cü kilometrliyində qeydə alınıb.

Şabran rayon sakini Əbülfəz Kərimov idarə etdiyi avtomobillə yolu keçən piyada, rayonun Uzunboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu vurub.

Təbriz Heybətov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və
Təhqiqat İdarəsinin "Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi"ndə cinayət işi açılıb.

Qəzanın başvermə səbəbi araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
735 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...