Eldar Namazov yeni təşkilat yaratdı

Eldar Namazov yeni təşkilat yaratdı

Azərbaycan Prezidentinin keçmiş köməkçisi, politoloq Eldar Namazov yeni təşkilat yaradıb.

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda deyilir ki, artıq bir müddətdir təşkilat fəaliyyətə başlayıb. Eldar Namazov saytımıza açıqlamasında xəbəri təsdiqləyib.

"90-cı illərdə Strateji Araşdırmalar Mərkəzi adlı təşkilat yaratmışdım. Sonradan həmin təşkilatın əməkdaşları, o cümlədən mən müxtəlif dövlət vəzifələrinə təyinat aldıq. Ona görə də təşkilatın fəaliyyətini dondurdum. İndi bu təşkilatın yenidən fəaliyyətinə ehtiyac var. Buna görə də Strateji Araşdırmalar Mərkəzinin bazasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzini təsis etdik. Azərbaycanın ətrafında geopolitik proseslərin getdiyi bir dönəmdə hadisələrin dəqiq araşdırılması və təhlil olunması gərəkdir”, deyə Eldar Namazov bildirib.

Politoloq qeyd edib ki, təşkilat artıq fəaliyyətə başlayıb: "Müəyyən işlər görməyə başlamışıq. Sadəcə indi pandemiya dövrü olduğundan təşkilat şəbəkə formasında fəaliyyət göstərir. Bununla belə, biz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. Necə deyərlər, addım-addım irəliləyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...