Bakıda “Baksol yolu”nu kanalizasiya suları basdı - FOTOLAR

Bakıda “Baksol yolu”nu kanalizasiya suları basdı -

Bakının Binəqədi rayonu ərazisində “Baksol yolu” kimi tanınan və nəqliyyatın hərəkətinin intensiv olduğu yolu kanalizasiya suları basıb. Virtualaz.org oxucularından birinin az əvvəl redaksiyamıza göndərdiyi fotolara əsasən yol tamamilə çirkab suları altında qalıb, avtomobillər faktiki olaraq kanalizasiya sularında “üzür”. O cümlədən su yaxınlıqdakı evlərin həyətlərini də basıb. Yaranmış vəziyyətin səbəbi kanalizasiya xəttinin ya sıradan çıxması, ya tutulmasıdır.

Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, “Azərsu”-nun qəza xidmətinin briqadası təcili olaraq həmin əraziyə göndərilib və hazırda kanalizasiya sularının daşmasının səbəbləri araşdırılır, qəzanın nəticələrini aradan qaldırmaq üçün tədbirlər görülür. “Xətt sıradan çıxıb, yaxud haradasa tutulma baş verib, bu tezliklə aydınlaşdırılacaq və əlavə məlumat veriləcək”,-A.Cəbrayıllı bildirib.
Bakıda “Baksol yolu”nu kanalizasiya suları basdı -
Bakıda “Baksol yolu”nu kanalizasiya suları basdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...