Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı - Yeni təyinat

Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı -

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Gundeminfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib.

Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərində verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdülər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...