8 ay xəstəxanada işləyən saxta həkim saxlanıldı

8 ay xəstəxanada işləyən saxta həkim saxlanıldı
Avstraliyanın Sidney şəhərində qadın özünü həkim kimi göstərərək xəstəxanaların birində aylarca işlədiyi məlum olub.

Unikal.org xəbər verir ki, 27 yaşlı qadın koronavirus epidemiyası zamanı özünü həkim kimi təqdim edərək, xəstəxanada işə düzəlib. 8 aydan sonra isə xəstəxana rəhbərliyi qadının Avstraliya Sağlamlıq Tənzimləmə Agentliyində (AHPRA) qeydiyyatdan keçmədiyini görüb.

Bundan sonra gənc qadın işdən qovulub. Xəstəxana sözçüsü hadisə ilə əlaqədar verdiyi açıqlamada, yanvar ayında işə başlayan qadınla bağlı cinayət işi açıldığını bildirib. Polis həmçinin də, qadını yaşadığı ünvana baxış keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...