"Aviasiyamız Türkiyədə yanğın bölgələrinə ümumilikdə 1404 ton su boşaldıb" - Etibar Mirzəyev

"Aviasiyamız Türkiyədə yanğın bölgələrinə ümumilikdə 1404 ton su boşaldıb" -
"Aviasiyamız Türkiyədə yanğın bölgələrinə ümumilikdə 1404 ton su boşaldıb".

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, yanğın bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 743 şəxsi həyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi fəaliyyət göstərib:

"Təyyarə və helikopetimiz Dalaman Hava Limanının ətrafı, Köycəgiz, Çayırova, Yatağan-Yumaklı, Menteşe-Kocazağ, Milas-Yeniköy, Seyidli-Kəmər, Aydın-Akçoava, Antalya-Kaş, Burduk-Bucak və İzmir şəhərlərində yanğınlara qarşı mübarizə aparıb".

E. Mirzəyev qeyd edib ki, təyyarə 98 dəfə hava qalxaraq yanğın ocaqlarına hərəkət edib, 837 ton su boşaldıb, helikopter isə 204 dəfə uçuş həyata keçirib və 567,5 ton su boşaldıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...