Xəstəliyə görə ordudan tərxis olan vətəndaşa pensiya verilmir - VİDEO

Xəstəliyə görə ordudan tərxis olan vətəndaşa pensiya verilmir -

18 il hərbçi kimi çalışan şəxs xəstələnərək tərxis olunub. İndi isə verilən sənədlər əsasında pensiya ala bilmir.

Pravda.az-ın məlumatına görə, Hacıqqabul rayon sakini Nazir Cəfərov Daxili İşlər Nazirliyinin Hacıqabul rayonunda fəaliyyət göstərən hərbi hissəsində baş gizir vəzifəsində işləyib. Xidməti müddəti başa çatmamış səhhətində yaranan xəstəlik səbəbindən Hərbi Xidmət Keçmə Haqqında Əsasnamənin müvafiq bəndi ilə xəstəliyə görə xidmətdən tərxis edilib.

Nazir Cəfərov verilmiş sənəd əsasında xidmətə yararsız hesab olunub, amma həmin sənəd əsasında təqaüd ala bilmir.

Həmçinin hospitalın Hərbi Həkim Komissiyasının həkimi Əlican Hacıyev vətəndaşa bildirib ki, o, qanuni şəkildə tərxis olunub, pensiya ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Qeyd edək ki, 18 il Daxili Qoşunlarda xidmət edən baş gizir Nazir Cəfərov 2020-ci ilin aprel ayında kəskin bağırsaq keçməzi diaqnozu ilə əməliyyat olunaraq xidmətdən tərxis olunub.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiyev bildirdi ki, qanunvericiliyə görə, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var.

"Hərbi qulluqçulara əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçunun xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və ya xəsarət nəticəsində üz verdikdə təyin edilir. Vətəndaş Nazim Cəfərovun müraciətində qeyd etdiyi kimi hərbi xidmət müddəti 20 təqvim illindən az olduğundan və ya stajından asılı olmayaraq, hərbi xidmətlə əlaqəli əlilliyi olmadığında onun nə yaşa, nə də əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası hüququ yoxdur",- deyə Rəşad Mehdiyev bildirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
382 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...