“Karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur” - Prezidentin köməkçisi

 “Karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur” -
“Bu gün xüsusi karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur”

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət həkimləri də yorub.

“Həkimlər 2 ilə yaxındır məzuniyyətə çıxmır. Amma bu gün xəstəliyin öhdəsindən gəlirik. Lakin biz hiss etsək ki, xəstəxanalar xəstə ilə dolur, təbii ki, növbəti addımların atılması müzakirə oluna bilər. Pandemiyadan çıxış yolu peyvəndlənmədir. Peyvəndin təhlükəsiz olması haqqında kifayət qədər məlumat verilib. Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib”, - deyə Ş. Mövsümov vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...