Bitkoinin qiyməti 50 min dolları keçib

Bitkoinin qiyməti 50 min dolları keçib
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti mayın 15-dən bu yana ilk dəfə 50 min ABŞ dollarını keçib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,43 %, son 7 gün ərzində isə 5,8 % bahalaşıb 50 297 dollara çatıb. Nəticədə onun kapitallaşması 946,7 milyard dolları keçib.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3,09 % artaraq 3 331 ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən böyük artım isə “Cardano”da olub.

Kriptovalyuta bazarının toplam dəyəri isə 2,157 trilyon ABŞ dollara çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 9:50-yə olan məlumatları aşağıdakı kimidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...