Qaradağda karantin rejiminə nəzarət tədbirləri

Qaradağda karantin rejiminə nəzarət tədbirləri
Qaradağ rayonunda xüsusi karantin rejiminin tələblərinə əməl etməyənlər barəsində ciddi tədbirlər görülüb

Qaradağ rayonu Lökbatan və Sahil qəsəbələrində 23 avqust 2021-ci il tarixində səhər saatlarından başlayaraq xüsusi karantin rejiminin tələblərini pozanlara qarşı ciddi tədbirlər görülmüş, qapalı məkanlarda və ictimai nəqliyyatta tibbi maskadan istifadə etməyən vətəndaşlar maska ilə təmin olunmuşdur.

Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilmişdir. Həmçinin xüsusi karantin rejiminin tələblərinə dair maarifləndirici söhbətlər aparılmış və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilmişdir. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülmüşdür.

Qeyd edək ki, bu cür reydlər mütəmadi olaraq davam edəcəkdir. Belə reydlərin keçirilməsində məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Qaradağda karantin rejiminə nəzarət tədbirləri



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...