Bakıda Heydər Əliyev prospektində yanğın başlayıb

Bakıda Heydər Əliyev prospektində yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Heydər Əliyev prospektində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Əlavə məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
402 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...