Peyvənd olunmayanlar sürücülük imtahanına BURAXILMAYACAQ? – Dövlət Yol Polisi AÇIQLADI

Peyvənd olunmayanlar sürücülük imtahanına BURAXILMAYACAQ? –

Koronavirus əleyhinə vaksin olunmayanların sürücülük vəsiqəsi ilə bağlı təşkil edilən imtahana buraxılmayacağı bildirilir. Günlərdir sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu məsələ insanlar arasında narahatlıq yaradıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sözügedən məsələ ilə bağlı yekdil qərar isə hələki yoxdur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev bu barədə onlara hər hansı məlumat daxil olmadığını deyib:

“Bununla bağlı Nazirlər Kabinetinin hər hansı göstərişi yoxdur. Gələcəkdə nə olacaq, onu biz deyə bilmərik. Əlbəttə ki, hər şey Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Rəsmi qərar olmalıdır ki, onu tətbiq edək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...