“Koronavirusdan ölənlərin 90%-dən çoxu peyvənd olunmayanlardır”

“Koronavirusdan ölənlərin 90%-dən çoxu peyvənd olunmayanlardır”
“Birmənalı olaraq dəqiq deyirəm ki, peyvənd koronavirusdan qoruyur”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Baş pediatr bildirib ki, hazırda ölənlərin 90%-dən çoxu peyvənd olunmayanlardır: “Xalq olaraq biz bir az qərar verməkdə tələsirik. Statistika deyilən bir elm var. Elmi əsaslı fikirləri paylaşanda ona şübhə olmamalıdır. Milyonlarca insan üzərində koronavirusla bağlı aparılan tədqiqatlar var. Birmənalı onu deyə bilərik ki, peyvənd qoruyur. Çünki statistika bunu göstərir. Hazırda xəstəliyi ağır keçirən, süni tənəffüs aparatına qoşulan və təəssüflər olsun ki, ölənlərin demək olar ki, 90%-dən çoxu peyvənd olunmayanlardır. Peyvənd vurduranların bəziləri də xəstəliyi keçirir. Amma ağır keçirmir. İsrailin, ABŞ-ın, Avropanın məlumatlarına da baxdıqda deyə bilərəm ki, koronavirusdan qorunmağın ən yaxşı yolu peyvənd olunmaqdır. Uşaqlara hələ ölkəmizdə peyvənd vurulmur. Onları qorumağın da yeganə yolu uşaqların ətrafındakı insanların peyvənd olunmasıdır. Uşaq çox kənara getmir. Ana, ata peyvəndli olarsa, o zaman uşaqlara bir şey olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...