Döyüşdə qopan qolunu götürüb özünü hospitala çatdıran qazi Türkiyədən qayıtdı - VIDEO

Döyüşdə qopan qolunu götürüb özünü hospitala çatdıran qazi Türkiyədən qayıtdı -

Vətən müharibəsində sağlamlıqlarında problemlər yaranan onlarla qazinin reabilitasiya prosesi davam edir.

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq vətənə geri dönən qazimiz Elşən Mustafayev təəssüratlarını bölüşüb.

O, keçdiyi şərəfli döyüş yolu, minaatan qəlpəsindən sonra yaralanması və təkbaşına döyüş meydanından çıxması barədə xatirələrini dilə gətirib.

Qeyd edək ki, fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fonduna qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Fondu müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün portal istifadəyə verilib.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Qazimizin videomüsahibəsini təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...