Azərbaycanda bir partiyanın 2 funksioneri koronavirusdan ölüb

Azərbaycanda bir partiyanın 2 funksioneri koronavirusdan ölüb
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli vəfat edib.

"Report" xəbər verir ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

Həkimlərin səyinə baxmayaraq partiya funksionerinin həyatını xilas etmək mümkün olmayıb. Y.Mehdibəyli sentyabrın 11-də səhər saatlarında dünyasını dəyişib.

Bundan əlavə, partiyanın Qəbələ rayon təşkilatının sədri İntiqam Dadaşov da koronavirus səbəbilə dünyasını dəyişib.

Allah rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...