Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun doğum günü qeyd olunub

Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun doğum günü qeyd olunub


Gundeminfo.az xəbər verir ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, Nərimanov rayon sakini Sinan Məmmədovun bu gün doğum günü qeyd olunub.

“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş qəhrəman şəhidin əziz xatirəsini yad etmək məqsədilə onun məzarı ailə üzvləri ilə birgə ziyarət olunub və igid Vətən oğlunun unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilə şəhidin yaşadığı həyətdə onun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun doğum günü qeyd olunub
Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun doğum günü qeyd olunub
Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun doğum günü qeyd olunub
Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun doğum günü qeyd olunub
Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun doğum günü qeyd olunub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...