Azərbaycanda toylar tam dayanıb? - Yoxsa hər kəsin “COVID pasportu” var?

Azərbaycanda toylar tam dayanıb? -
Məlum olduğu kimi, toyların “COVID pasportu” olmadan 50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilməsi qadağan olunub.

Bu, Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Bundan öncə “COVID pasportu” olmadan yalnız tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.

Digər dəyişikliklə monitorinqlər, habelə ictimai iaşə obyektlərində 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək. Bundan öncə bu tədbirlər 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə tətbiq olunurdu.

Bildiyimiz kimi, Azərbaycanda məhərrəm ayı olmasına baxmayaraq, toyların keçirilməsini elə orda baş verən qanunsuzluqlarla bağl rəsmi məlumatlardan xəbər alırdıq. Bir müddətdir ki, toylarla bağlı xəbərlər gündəmi daha zəbt etmir. Yəni, mediada toylarda yoxlamalar, “COVID pasportu” olmayanların məclisə buraxılmaması xəbərləri daha yoxdur. Maraqlıdır, toyların keçirilməsi dayanıb, ya şənlikdə iştirak edən hər kəs məclisə “COVID pasportu” ilə qatılır ?

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Cebhe.info-nun sorğusuna cavab olaraq bildirib ki, toy şənlikləri hələlik keçirilmir:

“Açıqlanan norma və qaydalar eynidir. Toylarla bağlı monitoriq zamanı belə hallar olan kimi dərhal məlumat yayılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...