“Yeni təyin olunanlar əvvəlkilər kimi yırtıcı deyil”

“Yeni təyin olunanlar əvvəlkilər kimi yırtıcı deyil”
Son dövrlər Azərbaycanın istər daxili, istərsə də xarici həyatında hadisələr sürətlə inkişaf edir. Həftə ərzində ölkənin gündəmi tez-tez dəyişir və proseslər elə bir dinamika yığıb ki, həttta koronavirus statistikaları da kölgədə qalıb. Amma insanların ən maraqla izlədiyi və hazırda gözlədiyi addımlardan biri də kadr islahatlarıdır.

Bizim.Media mövzu ilə bağlı Ağ Partiyanın lideri Tural Abbaslı ilə əlaqə saxladı.

Müxalif partiyanın sədri cavabının əvəlində bildirdi ki, iqtidar öz daxilində kadr dəyişiklikləri həyata keçirir. Proses icra hakimiyyətləri kimi, nazirlik və digər postları da əhatə edir. Əsas mahiyyət isə hansı təfəkkürün istefaya göndərilib yerinə hansı düşüncə sahibinin gətirilməsidir.

İslahatlarla bağlı davamlı proqramın vacibliyinə də toxunan Tural Abbaslı yeni təyin olunan kadrlardan da danışdı:

“Etiraf etmək lazımdır ki, yeni təyin olunan kadrlar əvvəlkilər kimi yırtıcı xarakter və mahiyyət daşımırlar. Amma bir çox hallarda prosesi irəli apara biləcək potensial və təcrübəyə də malik deyillər. Əsas odur ki, istənilən dəyişiklik müsbət nəticə versin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...