Türkiyədə Azərbaycanın Milli Qəhrəmanının adına park salındı

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanının adına park salındı

Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adına park salınıb. virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın Karacabəy rayonunun Kurşunlu məhəlləsində salınan parkın açılış mərasimində Birinci Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Şirin Mirzəyevin həyat yoldaşı Flora Mirzəyeva da qatılıb.

Mərasimdə Mirzəyevin döyüş yolundan, Azərbaycanın 44 günlük Vətən Müharibəsi zamanı qazandığı qələbədən, qardaş Türkiyənin hər zaman Azərbaycana verdiyi dəstəkdən bəhs edilib. Flora Mirzəyeva bildirib ki, olduqca çətin günlər keçiriblər. “Yenidən necə ayağa qalxacağımızı bilmirdim. Amma türkün gücü, Türkün böyüklüyü öz mahiyyətini göstərdi. Bu park Şirin Mirzəyevin adını daşıyır. Azərbaycan və Türkiyə Cümhuriyyəti var olsun! Dostluğumuz heç vaxt sarsılmasın. Həyat yoldaşımı belə xatırladınız”, - Mirzəyeva çıxışında deyib.

Karacabəy bələdiyyəsinin sədri Əli Özkan isə bildirib ki, Şirin Mirzəyevin həyat hekayəsi ilə tanışdılar. Onun adı, xatirələri Azərbaycan ordusunun erməni işğalına qarşı uğur qazanmasında mühüm rol oynayıb. İki ölkənin qardaşlığını təmsil edən park Türkiyə və Azərbaycanda dostluq simvoludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...